02-12-2015 [21:41]
""Müsəlman Birliyi" adlanan silahlı qurumun məqsədi Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub".
Bunu Azərbaycanın daxili işlər naziri Ramil Usubov deyib.
Onun sözlərinə görə, konstitusion quruluşu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır: "Ona görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan qanunlarına tabe olması üçün ciddi tədbirlər görülsün. Bu tədbirlə görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanları əməkdaşlarına qarşı avtomat və qumbaralar işlədildi. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı iki əməkdaşımız şəhid oldu".
Ramil Usubov xatırladıb ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də baş verib, 2005-ci ildə iki polis əməkdaşı bu qəsəbədə qətlə yetirilib. Ümumilikdə, indiyədək Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb.
Daxili işlər naziri onu da deyib ki, Nardaranda getdikcə kriminogen durum pisləşir, kriminal hadisələrin sayı artır: "Hətta, kənarda yaşayan və Nardaranda torpaq sahələri, evləri olan insanlar orada yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi".
Nazir Ramil Usubovun sözlərinə görə, bütün bu halların qarşısının alınması üçün noyabrın 26-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nardaranda xüsusi əməliyyat keçiriblər: "Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər hadisə zamanı məhv edilib. Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılır. Daxili işlər orqanları vəziyyəti tam nəzarət altına alıb. Dünən və bu gün heç bir insident baş verməyib".
Nazir bildirib ki, hüquq-mühafizə orqanları dörd gündür Nardaran sakinlərindən silahı yerə qoymaq, əllərdə olan silahları könüllü təhvil verməyi tələb edir: "Təəssüflər olsun ki, bu günə qədər bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Bir daha tələb edirəm ki, əllərdə olan silahları təcili qaydada orada olan polis postlarına təhvil versinlər. Silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq".
Nazir Ramil Usubov məlumat verib ki, xüsusi əməliyyat nəticəsində indiyədək 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülüb və bu sahədə işlər davam etdirilir.
"Bu gün Nardaran istisna olmaqla Azərbaycanın hər yerində əmin-amanlıqdır. Vətəndaşlar adi qaydada yaşayır, istədikləri yerə sərbəst hərəkət edə bilirlər. Ölkəmiz, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir, - deyən nazir Ramil Usubov bildirib ki, Azərbaycana gələn əcnəbilər, iş adamları indiyədək olduğu kimi təhlükəsiz şəraitdə fəaliyyət göstərə bilərlər.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi