Nardaranda əməliyyat zamanı kimsə yaralanmayıb - Nardaran Ağsaqqallar Şurasının sədri

img

02-12-2015 [20:50]


Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfərin yaralanması barədə xəbər təsdiqini tapmayıb.

Mia.az xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu barədə yayılan iddiaları Anspress-ə açıqlamasında təkzib edib:

"Bu barədə xəbər almışdıq, indi mənə bu məlumatın yanlış olduğunu bildirdilər. Hər bir xəbəri alarkən onun düzgünlüyünü yoxlayıb və araşdırıram. Tutulan zaman anası infarkt keçirmiş qardaşlardan biri buraxılıb. Biz hökümətin apradığı işlərə qarşı deyilik".

Natiq Kərimov Nardaranda əmin-amanlıq və sakitlik olmasını arzuladığını qeyd edib: "Mən kəndin əvvəlki sakit həyat axarının qaydasına düşməsinin tərafdarıyam. Silah polisdə, hüqüq mühafizə əməkdaşında olmalıdır. Sakit həyat tərzimizin qaydasına düşməsini istəyirəm. İşığımız, qazımız olsun, həyatımız normal qayfasına düşsün".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA