"Azercell Telekom" MMC daha bir texnoloji yeniliyin tətbiqinə başlayacaq

img

02-12-2015 [16:35]


"Azercell Telekom" MMC daha bir texnoloji yeniliyin tətbiqinə başlayacaq.

Bu barədə "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev "Bakutel 2015” sərgisi çərçivəsində təşkil olunan brifinq zamanı bildirib.

"Bu texnologiyanın tətbiqi imkan verir ki, müştərimiz şəbəkə olmayan yerlərdə "wi-fi"ya qoşularaq istədiyi yerə zəng etsin. Bu, son dərəcə müasir texnologiyadır. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün müvafiq dövlət orqanlarından lisenziya alınmalıdır. Texnologiyanı Azərbaycana gətirməzdən öncə biz müvafiq sənədləri toplayıb lisenziya üçün müraciət edəcəyik. Lisenziya üçün müraciət vaxtı və texnologiyanın gətirilmə vaxtı ilə bağlı hal-hazırda dəqiq tarix demək mümkün deyil, amma 2016-cı ilin sonunadək biz bu addımı atmağı planlaşdırırıq. İstənilən halda bu texnologiya Azərbaycan gətiriləcək".

Tariflərə gəlincə, V. Mürsəliyev bildirib: "Ən pis halda mövcud danışıq tarifləri səviyyəsində və ya daha ucuz olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA