Azərbaycanda hava şəraiti kəskin pisləşəcək - XƏBƏRDARLIQ

img

02-12-2015 [14:15]


Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA