Ramil Usubov Nardarana gedir - Fotolar

img

02-12-2015 [13:52]

Nardaran qəsəbəsində son durum tam fərqlidir.

Mia.az Trend-ə istinadən xəbər verir ki, dünəndən başlayaraq qəsəbənin orta əsrlər ab-havasının dəyişdirilməsi istiqamətində aparılan tədbirlər bu gün də davam etdirilir. Radikal dini şüarlar, plakatlar və qara bayraqlar yığışdırılır. Qəsəbədəki inzibati binalarda Azərbaycanın üçrəngli bayrağı dalğalandırılır. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülüb. Qəsəbənin ev və küçələrində divarlarda qara boyalı yazılar silinir, divarlar ağ boya ilə təmizlənir.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər saatlarından Nardaran qəsəbəsinə gələrək, İcra Hakimiyyəti qurumları tərəfindən qəsəbədə aparılan işlərə nəzarət edir.
Qəsəbə və qəsəbə ətrafında Çevik Polis Alayı tərəfindən nəzarət davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov da qəsəbədədir.

Bu gün Daxili işlər naziri Ramil Usubovun da qəsəbəyə gəlişi gözlənilir.

Ramil Usubov Nardarana gedir -  Qəsəbədən fotolar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA