Doktoranturaya qəbulda yeni qaydalar - İqtisad Universitetində yeni qərar qüvvəyə mindi

img

02-12-2015 [10:48]


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib.

Bu barədə universitetdən Mia.az-a daxil olan məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək.

Digər yeniliyə uyğun olaraq, İELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından azad olunacaq. Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq. Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına nail olmaqdır.

Eləcə də, növbəti tədris ili üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA