"Azəriqaz"dan Nardaran açıqlaması

img

01-12-2015 [12:41]


"Nardaran qəsəbəsinin əhalisinin "Azəriqaz" İstehsalat Birliyinə borcu var. Keçən il də onlarla böyük problem yaşadıq. Onların müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırdıq. Nardarana əvvəllər bir tərəfdən qaz verilirdisə, indi üç tərəfdən qazla təmin etdik!".

 "Report" xəbər verir ki, bu barədə İstehsalat Birliyinin sədri Əkbər Hacıyev jurnalistlərə bildirib. 
"Qəsəbəyə smart tipli sayğaclar quraşdırırıq. Bu sayğaclarda belə funksiya var ki, hər ödənişdə 30% köhnə borc, 70% yeni borc ödənilir. Sakinlər 1-2 il ərzində köhnə borclarını ödəyə bilərlər", - Ə.Hacıyev deyib. 

O qeyd edib ki, dünəndən işçilər evlərdə bir-bir qazı bərpa edirlər: "Müqavilələr bağlanılır, hər biri razılaşdığı təqdirdə onların qaz təminatını açacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA