Metroda da təhlükəsizlik gücləndirilib

img

01-12-2015 [11:51]


Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılır.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Nəsimi Paşayev deyib ki, bu, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. "Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyininin konkret müddəti bilinmir".

Qeyd edək ki, sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA