Nardaranda yenidən gərginlik yaranıb; Əraziyə ağır zirehli texnika cəlb olunub - Yenilənir

img

01-12-2015 [09:56]


Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Mia.az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.


*** 


Bu gün səhər saat 5 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb. APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.
Nardaran ətrafına xüsusi texnika cəlb olunub.
Metronun "Koroğlu" stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.
Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA