"Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?" - Ərdoğan Putinə cavab verdi

img

01-12-2015 [00:14]


"Türkiyə ilə əlaqələrimizin inkişafı üçün əlimdən gələni etdim. Lakin son olaylar məni çox məyus etdi".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Fransanın paytaxtı Parisdə baş tutan Beynəlxalq İqlim Sammiti çərçivəsində deyib.

O, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini bildirdi:

"Hər iki tərəf üçün çox pis oldu. Şəxsən mən bu olaydan sonra dərindən sarsıntı keçirdim. Güman edirik ki, İŞİD terrorçuları bu bölgədən neft daşıyır. Məhz terrorçuların rahat neft daşıması üçün Su-24 vuruldu”.

Ərdoğanın Putinə cavabı gecikməyib: "Əgər İŞİD-dən neft aldığımız sübut edilərsə, mən bu postda qalmaram. Cənab Putindən soruşuram, Siz bu vəzifədə qalarsınızmı?".

Türkiyə Prezidenti bildirib: "Türkiyənin İŞİD-dən neft aldığını demək əxlaqi sözlər deyil. Burada çox iddialı məsələni qaldırıram. Əgər bu, sübut edilərsə, mən bu postda qalmaram. Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA