Nardaranda ölənlərin ailə üzvləri polis idarəsinə çağırıldı

img

30-11-2015 [19:58]


Nardaranda polislə silahlı qarşıdurmada ölənlərin ailə üzvləri polis idarəsinə çağırılıb.

Mia.az-ın musavat.com-a istinadən məlumatına görə, ölənlərin ailə üzvləri Sabubçu Rayon Polis İdarəsinə çağırılıb.

Bu danışıqdan sonra meyitlərin ailələrinə veriləcəyi gözlənilir.

Lakin bu çağırışa hələ ki, ölənlərdən Babayev Əkbərin ailə üzvləri müsbət cavab verib. Digərləri isə bu təklifə hələ ki, cavab verməyib. Kənd ağsaqqalları arasında bu barədə danışıqlar gedir.

Qeyd edək ki, noyabrın 26-da baş verən silahlı qarşıdurmada 2-si polis olmaqla, 7 şəxs vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA