Putindən gözlənilməz addım: prezidentlərlə foto çəkdirmədi

img

30-11-2015 [19:39]


Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında 195 ölkənin dövlət və hökumət başçılarının çəkdirdiyi kollektiv fotoda yer almayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, digər liderlərlə yanaşı Türkiyə prezidenti Ərdoğan da kollektiv fotoda yer alıb.
Qeyd edək ki, Parisdə keçirilən beynəlxalq konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüşün keçiriləcəyi ehtimal edilsə də, sonradan Vladimir Putin Ərdoğanla görüşməkdən imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA