Səfər ayı gələn həftə başa çatır

img

30-11-2015 [15:59]


Dekabr ayının 2-də İslam aləmi İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü (Ərbəin günü) qeyd edəcək.
"Report" Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən məlumat verir ki, Ərbəin günü 1437-ci il hicri-qəməri təqvimi ilə səfər ayının 20-də qeyd olunacaq.
Hicri-qəməri təqvimi ilə səfər ayının 28-də (miladi təqvimi ilə 10 dekabr) həzrəti Məhəmməd peyğəmbərin (s) vəfatı günüdür.
Səfər ayının 30-u, yəni son günü miladi təqvimi ilə dekabrın 12-nə təsadüf edir.
Qeyd edək ki, məhərrəm və səfər ayları ərzində Azərbaycan əhalisinin böyük əksəriyyəti toy, nişan, elçilik kimi mərasimlər keçirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA