İcra Hakimiyəti Nardaran meydanını təmizləyir: Cənazə namazı qılınacaq- Fotolar

img

30-11-2015 [15:15]


Nardaranda "İmam Hüseyn" meydanı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təmizlənir.

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, polislə silahlı toqquşmada ölənlərin meyitinin əvvəlcə meydana gətiriləcəyi və burada cənazə namazı qılınacağı gözlənilir.

Ölənlərin sayının 5 olduğu bilinir, amma kənd sakinlərinin dediyinə görə, bu rəqəm dəqiq deyil və ölü sayı çox da ola bilər: "Biz də mətbuatda yazılandan bilirik ki, 5 nəfər ölüb. Amma çox olduğunu da deyənlər var. Daha dəqiqini cənazələri gətirəndə biləcəyik".

Qeyd edək ki, noyabrın 26-dan kənd sakinləri tərəfindən qurulan postlar sökülüb. "İmam Hüseyn" meydanı boşaldılıb. Nardaran camaatı meyitlərin verilməsini, elektrik enerjisinin bərpa edilməsini gözləyir.

Kəndə avobusun hərəkəti tam bərpa olunub. Elektrik enerjisi verilmədiyindən telefon xətləri də işləmir.


İlkin Muradov
Musavat.com
Fotolar müəllifindir




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA