4 generalın işdən çıxarılması ilə bağlı reaksiya - Rəsmi

img

30-11-2015 [14:04]


Azərbaycan Müdafiə Nazirliyi 4 generalın ordu sıralarından tərxis edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

 Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir. "Məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də "öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb. Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər. Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı "xəstəliyə görə” rəyinə, general-mayor M. Almasovun isə "öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq”, - deyə MN-in məlumatına qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA