Nardaranda barikadalar sökülür - FOTOLAR

img

29-11-2015 [21:49]


Nardaranda İmam Hüseyn meydanı boşaldılır.

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, meydana texnika gətirilib. Meydana yığılan daşlar təmizlənir. Çadırlar sökülür. 

Kənd meydanında olan insanların dağılması üçün ağsaqqallar və dindarlar çağırışlar edirlər.
Hazırda meydan yavaş-yavaş boşaldılır.

Daha bir yeniliksə bundan ibarətdir ki, kəndə avtobuslar gətirilib. Musavat.com müxbiri yazır ki, bu avtobuslarla Azərbaycanın başqa regionlarından Nardarana dəstəyə gəlmiş dindarlar, öz bölgələrinə yola salınmaq üçün,  şəhərə aparılacaq.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA