29-11-2015 [15:33]
"Çingiz Əsədullayevin kimlərlə dost, kimlərlə quda olması araşdırılmalıdır”. Bu sözləri aim.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev böyük özbaşınalıqlara – müştərilərin aldadılması, qanunsuz pul köçürmələrinə yol verən "Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin ölkədən qaçmaq cəhdinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlət çevrilişi etmək məqsədilə ölkəmizə 18 milyard pul gətirmişdilər:
"Həmin pul Ç.Əsədullayevin bankı vasitəsilə başqa dövlətlərə qaytarılıb və Avropa banklarına sərmayə kimi qoyulub. O pullar nə vaxtsa, Azərbaycanda dövlət çevrilişi etmək üçün gətirilə bilər. Doğrudur, bu məsələnin üstü açıldı. Məlum oldu ki, çox ciddi insanlar bu işdə iştirak edib. Ona görə də, Ç.Əsədullayevin qaçmaq istəməsi təsadüfi hal deyil. Müəyyən maraqlı qüvvələr var ki, onu ölkədən çıxardacaqlar. Həmin dəstələr məsələnin dərinləşməsini istəmirlər. Baxın, indi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı respublika prokurorluğunda araşdırmalar aparılır və vəziyyətəaydınlıq gətirilir. Amma işlərin kökündə sahibkarlıq deyil, Azərbaycana gətirilən 18 milyrad pul dayanır. Bunun canlı şahidi var. Burada bir sıra məmurların adları çəkilir. Həmin məmurlar Azərbaycanda hakimiyyəti dəyişmək üçün Avropada müəyyən qruplar yaradıblar. Beyin mərkəzləri təsis ediblər. Ora da pullar gedir. Hətta xaricdə olan təcrübəli kəşfiyyatçılar işə cəlb olunub. Ç.Əsədullayev də onları maliyyələşdirənlərdən biridir. Bu baxımdan düşünürəm ki, Ç.Əsədullayevin azadlıqda gəzməsi Azərbaycanda Nardaran hadisələrinə oxşar olayların baş verməsinə gəririb çıxara bilər”.
Təşkilat sədrinin sözlərinə görə, bəzi dairələr Azərbaycanda dövlət çevrilişi edib, cinayətlərini ört-basdır etmək istəyir:
"Baxın, Nardaranda baş verən hadisələrdə hansı məmurların əl izi çıxdı. Görün nələr baş verir. Bu üzdə görünənlərdi. Görünməyən tərəflərdə nələr var. Düşünürəm ki, Ç.Əsədullayev təcili olaraq həbs edilməldir. O niyə azadlıqda gəzir? Azərbaycanı istəməyən qüvvələrlə görüşlər keçirirlər. Bunlara son qoyulmalıdır. Biz nə qədər deməliyik”.
H.Hacıyev diqqətə çatdırıb ki, hazırda ən ciddi məsələ ölkəyə 18 milyard pul gətirənlərin və dövlət çevrlişinə cəhd edənlərin kimliyini müəyyən etməkdir: "Yəni müəyyən olmalıdır ki, çevriliş etdikdən sonra ölkənin başına kim gələcəkdi. E.Mahmudovun komandasında kimlər təmsil olunacaqdı. Kim prezident, kim baş nazir olacaqdı. Ç.Əsədullayevə hansı vəzifə veriləcəkdi. Bunlar üzə çıxmalıdır. Həmin məsələlər aşkarlanandan sonra sərt addımlar atmaq olar. E.Mahmudovla yanaşı, ona qorxma-qorxma deyənlər də üzə çıxarılmalıdır. Məsələ tək E.Mahumudovla həll olunmalı deyil. Ona quyruq bulayanlar da müəyyənləşdirilməlidir. Avropada olan böyük mərkəzin üzvlərindən birini ələ keçirsələr, hər şeyi aşkarlaya bilərlər”.
Həmsöhbətimiz qeyd edib ki, elə məmurlarımız var ki, bütün mülkləri xaricdədir: "Baxın, sizə bir məsələni deyim ki, həmin çevrilişdə iştirak etmək istəyən nazirlərimiz də olub. Onların həyat yoldaşları ermənidir. Onlar da bəzən mülkərini müxtəlif yollarla Ermənistana keçiriblər. Bir sözlə, qaranlıq məqamlar üzə çıxmasa, Azərbaycanda hər an qarşıdurma yarana bilər. Hətta Ç.Əsədullayev də tək deyil. Onu müdafiə edən qüvvələr də üzə çıxmalıdır və qruplaşmanın bütün üzvləri həbsə alınmalıdır. E.Mahmudov hansı qrupların üzvü olub, hansı xarici dövlətlərdəki səfirlərlə möhkəm əlaqədə olub, öyrənmək lazımdır”.
Müsahibimiz vurğulayıb ki, Avropa bankında saxlanılan 18 milyard ölkəmizə gətirilə bilər:
"Sadəcə buna münbit şərait axtarırlar. Bunun qarşısını almaq məqsədilə kosmetik deyil, real işlər görmək lazımdır”.
Təşkilat sədrinin fikrincə, bəzi adamların istintaqa verdiyi ifadələr prezidentdən gizlədilir:
"Bu da Azərbaycanda böyük qarşıdurmalara gətirib çıxara bilər. Hər şey prezidentə dəqiq çatdırılmalıdır. Çünki Azərbaycanın sabitliyini pozmaq üçün böyük güclər hazır vəziyyətdədir. Bunun bir nümunəsini Nardaranda gördük”.
H.Hacıyev onu da əlavə edib ki, Azərbaycanda ciddi qarşıdurmalara hazırlıq işləri gedir:
"Bilmirəm bizim hüquq-mühafizə orqanlarının xəbəri var, ya yox. Küçələrə minlərlə insan çıxarmaq istəyirlər. Onlar cinayətkarlardır. Bilirlər ki, cənab prezident iradəsini ortaya qoyub. Ona görə də bir daha qeyd edirəm ki, istintaqda açılan gizlinlər prezidentə olduğu kimi çatdırılmaldır ki, adekvat tədbirlər görülsün”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi