29-11-2015 [16:08]
Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı Lənkəran ictimaiyyətinin adından bir qrup ziyalı müraciət yayıb.
Mia.az-a göndərilən həmin müraciəti olduğu kimi təqdim edirik:
"Əziz həmvətənlərimiz!
26 noyabr 2015-ci il tarixdə Bakının Nardaran qəsəbəsində bir qrup radikal mövqeli dindarın qanunsuz əməlləri nəticəsində baş verniş xoşagəlməz hadisələr bütün ölkə ictimaiyyəti kimi. Lənkərəran sakinlərini də ciddi şəkildə narahat etmişdir. Xüsusilə, bu hadisələrin təşkilatçıları olan radikal ünsürlərin arasında iki nəfər Lənkəran sakinin adının çəkilməsi bizi həddsiz hiddətləndirmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin müdrik düşüncəsi ilə möhkəm əsaslar üzərində bərqərar olunmuş, saysız-hesabsız qəsdlərdən, məkrli təxribatlardan qorunaraq tərəqqi yoluna çıxmış müstəqil dövlətimizə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyirik və bunu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirik.
Lənkəran tarixən Azərbaycanın ayrılmaz hissəsi, cənub bölgəsində alınmaz qalası olmuşdur. Sağlam düşüncəli insanların, ağıllı ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdu olan Lənkəranda azərbaycançılıq məfkürəsi, milli dövlətçiliyə, Ümummilli Liderimizin siyasi kursuna sədaqət hissi el-oba istəyindən, ailə tərbiyəsindən, adət-ənənələrdən, milli-mənəvi dəyərlərdən güc alır. Vətən tarixinin ən parlaq səhifələrində adları şərəflə çəkilən qəhrəmanlarımızın çərgəsində Lənkəranın şöhrətli övladlarının adlarının olması bizim üçün çox qürurvericidir. Fəxr edirik ki, dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və Vətən torpaqlarının müdafiəsi uğrunda müqəddəs mübarizələrdə lənkəranlılar da çoxlu şəhidlər veriblər. Vətən naminə canını qurban vermiş şəhid övladlarımızın rəşadətinə, qəhrəmanlığına din pərdəsi altında dövlətimizə qarşı təxribatlar törətməyə çalışan qüvvələrin təsiri altına düşmüş bir-iki nəfər məsləksizin bəd əməli gölgə sala bilməz. Onların düşüncəsiz, nalayiq hərəkətləri Lənkəranda heç vaxtı qeyri-sabitlik törədə bilməz, xalqın dinc həyatını, əminamanlığını və həmrəyliyini poza bilməz.
Nardaran hadisələri zamanı təxribatçı qüvvələrə qarşı mübarizədə daha bir lənkəranlı gəncin - polis serjantı Tağıyev İsmayıl Rəsul oğlunun qəhrəmancasına həlak olması bir daha sübut etdi ki, Vətənini, dövlətini ürəkdən sevən lənkəranlılar lazım gələrsə şəhid olarlar, amma düşmənə aman verməzlər.
Ulu Öndərimizin atalıq qayğısı ilə vaxtında yaraşıqlı diyara çevrilmiş Lənkəran bu gün cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə sosial-idtisadi və mədəni inkişafının ən gözəl dövrünü yaşayır. Rayonda insanların çoxillik arzularını gerçəkləşdirən sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi hesabına həyat şəraiti durmadan yaxşılaşır, insanlarda daha firəvan gələcəyə böyük inam yaranır.
Bu gün hər bir lənkəranlı Vətənimiz Azərbaycanın dünyadakı qabaqcıl mövqeyindən qürur duyur. Xalqımızla birlikdə lənkəranlılar da cənab Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyir və bu siyasətin qələbəsi uğrunda mübarizədə daim öndə olmaqdan şərəf duyurlar.
Biz cənab Prezidentimizi və bütün Azərbaycan xalqını qəti şəkildə əmin edirik ki, lənkəranlılar bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli tərəqqimizin daha da sürətlənməsinə xidmət edəcəklər.
Lənkəran ictimaiyyəti adından:
1. Mirhaşım Talışlı –ağsaqqal, alim, şair
2. Kələntərli Kamal –Rayon Ağsaqqallar Şurasının sədri
3. Məmmədov Sərhad-ağsaqqal
4. Əliyev Ələkbər-ağsaqqal, Milli Qəhrəman atası
5. Məhərrəmov Barat-ağsaqqal
6. Dövlətov Şahrza-ağsaqqal-ziyalı
7. Nəhmətov Ayaz-ağsaqqal-ziyalı
8. Quliyev Fərman- ağsaqqal-ziyalı
9. Ağayev Mansur- ağsaqqal-ziyalı
10. İbrahimov Aslan-ziyalı
11. Xalıqov Akif- ziyalı
12. Quliyev Ramazan-ağsaqqal-ziyalı
13. Süleymanlı Siyavuş-ziyalı
14. İltifat Saleh- ağsaqqal
15. Qəni Axundzadə-din xadimi".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi