Nardaranda qərar verildi; Meydan boşaldılsın - Yenilənib

img

29-11-2015 [14:37]


Dünəndən başlayaraq Nardarandaki qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasənda yüksək həddə çatıb. 

Mia.az Trend-ə istinadən xəbər verir ki, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və evvəlki normal həyata tərzinə qayıtmaq təklıfləri səsləndirilir. Əksəriyyat evlərə çəkilməyi, asayişi yenidən bərpa olunmasını tələb edir. Yaxın dəqiqələrdə meydanda yekün yekdil qərar qəbul olunacağı gözlənilir.

*** 
Nardaranda ağsaqqalların toplantısı keçirilir. Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, "Hüseyniyyə" məscidində baş tutan toplantıda xeyli sayda insan iştirak edir.

Toplantıda çıxış edən Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini irəli sürüb.

N.Kərimov hazırda "İmam Hüseyn" meydanın boşaldılmasını və meyitlərin alınmasını təklif edib:"Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun".

Məsciddə kənd ağsaqqallarının, dindarların fikirləri dinlənilir. Toplantının sonunda yekun qərar veriləcək.

*** 

Nardaranda meydanın boşaldılmasına qərar verilib. Mia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nardaran sakinləri günorta saatlarında Hüseyniyyə məscidində toplaşaraq apardıqları müzakirələrin sonunda qərar qəbul ediblər.

Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA