Hikmət Quliyev: “Biləcəri bələdiyyəsi Milli Qəhrəmanları unutmur”

img

28-11-2015 [23:24]


"Biləcəri bələdiyyəsi Milli Qəhrəmanları unutmur”.

Bu fikirləri Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib.

Onun sözlərinə görə, bələdiyyə maliyyə çətinliyi çəksə də, vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinə salınan park daim diqqət mərkzəində saxlanılır. Həm parkın təmizliyi, həm parka xidmətin göstərilməsi üçün ayrıca şəxslər işə götürülüb.

Sədrin sözlərinə görə, bu günlərdə bələdiyyə iclasının qərarıyla parkda təmizlik işlərinin aparılması gücləndirilmiş, yaşıllıq hissələrinin biçilməsi və suvarılması həyata keçirilərək, abidə ətrafında işıqlandırma işlərində çatışmayan hissələr bərpa edilib. Ərazi həmçinin məişət tullantılarından, qurumuş ağaclardan təmizlənib.

beled4

Xatırladaq ki, "Milli Qəhrəmanlar” parkı 2014-cü il fevral ayının 25-də "Xocalı Soyqırımı günü” açılışı keçirilmiş və mərasimdə Milli Qəhrəmanların yadigarları, Binəqədi rayon İcra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, qəsəbə bələdiyyəsinin üzvləri, fəal gənclər, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.

beled3

beled2

Belediyye.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA