Kəmaləddin Heydərov Nardaranda həlak olan polislərin məzarını ziyarət etdi - FOTOLAR

img

28-11-2015 [17:31]


Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi həlak olmuş polislərin məzarını ziyarət edib.

Mia.az FHN-in saytına istinadən xəbər verir ki, noyabrın 28-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və digər məsul şəxsləri II Fəxri Xiyabana gələrək, Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı dəstəyə qarşı keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının məzarlarını ziyarət ediblər.

Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA