Azərbaycan Dillər Universitetinin yeni rektoru - Təyinat

img

28-11-2015 [16:26]


Azərbaycan Dillər Universitetinə (ADU) yeni rektor təyin olunub.

Mia.az-ın ans press-ə istinadən məlumatına görə, Azərbaycan Dillər Universitetində (ADU) rektor vəzifəsi universitetin elmi işlər üzrə prorektoru Professor Dünyamin Yunusova həvalə olunub. Bu barədə ADU-nun "Facebook" səhifəsində yazılıb. Həmin səhifədə Dünyamin Yunusovu yeni vəzifəsi münasibəti ilə təbrik də ediblər.

Dünyamin Nurqələm oğlu Yunusov - 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. Uzun müddət ADU-nun prorektoru vəzifəsində çalışıb. Evlidir, iki övladı və iki nəvəsi var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA