28-11-2015 [11:44]
Azərbaycann cənub bölgəsində yaşayan dindarlar noyabrın 26-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermis hadisələrlə bağlı Bəyanat imzalayıblar.
Bu barədə Mia.az-a Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib. Həmin bəyanatda bildirilir:
"Bismillahir-Rəhmanir-Rəhim
Son günlər baş vermiş hadisələr bütün ölkə dindarları kimi bizi də ciddi narahat edir. Özünü "Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınayırıq.
Heç bir rəsmi statusu olmayan "Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. Hesab edirik ki, regionun indiki həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar. Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizin milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri bu dairələrin məkrli niyyətlərini bariz şəkildə göstərir.
Dinimizdən sui-istifadə edilməsi, onun siyasi məqsədlərə alət olunması sülh və əmin-amanlıq dini olan İslama nəinki fayda verir, əksinə, islamafobiyanın artdığı bir dövrdə terrorizmin dinimizlə əlaqələndirilməsi istiqamətində kampaniya aparan bəzi qüvvələrin dəyirmanına su tökür, dünyada öz tolerantlığı və dini sabitliyi ilə seçilən respublikamızın müsbət imicinə mənfi təsir göstərir.
Azərbaycan dünyəvi dövlətdir və bütün dini etiqadlara bərabər şərait yaradılmışdır. Həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir. Hər bir inanclı rahat şəkildə ibadətlərini yerinə yetirə bilməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Dövlət tərəfindən dinə yüksək qayğı göstərildiyi bir vaxtda müsəlmanların sıxışdırılması iddiaları ilə çıxışlar etmək, inanclıları dövlətə qarşı qaldırmaq cəhdlərinin heç bir əsası yoxdur.
Bütün bunları nəzərə alaraq, biz inanclıları belə hadisələrdən ibrət almağa, Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırır, öz xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş polislərimizə Allah-Taaladan rəhmət diləyirik.
Allah birliyimizi və dövlətimizi əbədi etsin, inşallah".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi