"...rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaqlar" - Nazirdən kəskin açıqlama

img

27-11-2015 [22:37]


"İşində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaq".

Mia.az report-a istinadən xəbər verir ki, bunu Beyləqanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

"Dünən işdən azad edilənlərdən biri də, Beyləqan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Malik Mahmudov olub. Bu gün də, rayonda keçirilən qəbulda bir daha əmin oldum ki, verilən qərar haqlı qərardır. Bütün xidmətlərin rəisləri bundan nəticə çıxartmalıdırlar. Bilməlidirlər ki, lazım olan məlumatlar bizə daxil olur. Bundan sonra da, işində nöqsanlara yol verən rəhbər şəxslər ciddi şəkildə cəzalandırılacaqlar", - deyə nazir diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi kollegiya iclasında 4 nəfər rəhbər şəxs tutduğu vəzifəsindən kənarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA