Nardaranda son vəziyyət: işıq yoxdur, camaat meydandan çəkilmir

img

27-11-2015 [21:58]


Nardaranda vəziyyət dəyişməz olaraq qalır.

Mia.az Trend-ə istinadən məlumat verir ki, bu gün rayon rəhbərliyi ilə görüşən ağsaqqalların danışıqlarında ümumi məxrəcə gəlinmədiyi üçün, kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafında yığılıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.

Yeri gəlmişkən, "Azərişıq" ASC qəsəbəyə işıq verilməməsini sakinlərin borcu ilə əlaqələndirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA