Aydın Əliyev şikayətçiləri dinlədi, tapşırıqlar verdi - FOTO

img

27-11-2015 [18:28]


Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşların qəbulu ilə bağlı Bərdə rayonunda olub. 

Bərdədən Mia.az-a daxil olan mlumata görə, qəbuldan əvvəl Komitə sədri  Aydın Əliyev Bərdə  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə şəhərin mərkəzindəki ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildiriblər. 

Sonra  Aydın Əliyev  Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının sakinlərini qəbul edib və onların müraciətlərini dinləyib.  

Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
bitmap-img6


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA