"Rusiya odla oynamasın, biz üz-üzə savaşırıq" - Ərdoğan Putinə sərt cavab verdi

img

27-11-2015 [18:19]


""Böyük-20"liyin toplantısında olanda dedik ki, dəvətsiz qonaq olmur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburtda avtomobil yolunun açılışı ilə bağlı keçirilən mərasimdəki çıxışında rusiyalı həmkarı Vladimir Putinə xitab edərək söyləyib.

"Suriyada 380 min insanın ölümünə bais olan, dövlət terroru törədən Əsəd rejiminə dəstək olmaq odla oynamaqdır. Mötədil müxalifətin mövqelərini vurmaq odla oynamaqdır. Bizə olmazın ittihamlar irəli sürmək, vətəndaşlarımıza əziyyət vermək odla oynamaqdır. Humanitar yardım aparan TIR-ları vurmaq odla oynamaqdır. Rusiyaya səmimi olaraq odla oynamamağı tövsiyə edirik.

Biz Rusiya ilə olan əlaqələrimizə çox önəm veririk. Hörmətli Putin Türkiyənin onu kürəyindən bıçaqladığını deyir. Xeyir! Bu millət heç bir zaman kürəkdən bıçaqlamayıb. Nəticədən asılı olmayaraq, biz üz-üzə savaşırıq. 

Biz əlaqələrə ziyan dəyməsini istəmirik. Suriya ilə sərhədimizin pozulması səbəbindən baş verənlər öz məcrasında davam edir, hər şey araşdırılır. Ancaq bu məsələ üzərindən Türkiyəyə qarşı böhtan kampaniyasına başlanılmasını, əlaqələrimizin təhlükəyə atılmasını yaraşdırmıram.

Bu məsələni Putinlə üz-üzə danışmaq istəyirəm. Bu məsələnin lazımsız şəkildə gərginləşdirilməsindən rahatsız olduğumu söyləmək istərdim.

Türkiyə ilə Rusiya arasında əməkdaşlıq etmək üçün çox böyük potensial var. Bu hadisənin həmin potensiala zərər verməsini istəmirik. Bu vəziyyətdən ölkələrimiz zərər görəcək. Gəlin, bu vəziyyətə meydan verməyək", - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Putin qırıcı olayını "Türkiə bizi arxadan vurdu" kimi izah edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA