"Sabitliyi pozmaq istəyənlər vətən xainidir" - Millət vəkili

img

27-11-2015 [14:55]


Nardaran hadisələrindən sonra Lənkərənda da radikal dindarların təxribata əl atacağı haqda xəbərlər yayılır.

Lənkəranın deputat Hadi Rəcəbli AzVision.az- açıqlamasında bildirib ki, hazırda şəhər ərazisində nisbi sakitlik hökm sürür.

Millət vəkili bildirib ki, ölkədə sabitliyi pozmaq istəyən hər bir şəxs vətən xainidir: "Bu gün ölkəmizdə olan sabitlik xalqın rifahına xidmət edir. Azərbaycanda təxribat yaratmaq istəyənlər xalqımızın güzaranına mane olmaq və onu pozmaq istəyənlərdir. Nə Lənkəranda, nə də Bakıda yerli sakinlərin özləri bu məsələnin təşkilatçıları deyillər. Bütün hallarda bu cür hadisələrin arxasında xaricdən maliyyələşən şəxslər dayanır. Bu kənardan gələn qüvvələrin qarışıqlıq salmaq istəyidir”,-deyə deputat qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA