«Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir».

img

27-11-2015 [11:11]


«Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir».

Kənd sakini Hidayət Nəbiyev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: «Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da».

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: «Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik».

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb ("Azadlıq" radiosu).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA