Prezident naziri qəbul etdi - Müzakirə

img

26-11-2015 [19:32]


Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.

Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizliklə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb.
 
Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Azərbaycan prezidenti Gürcüstan daxili işlər nazirini qəbul edib
 
G. Mqebrişvili isə hüquq-mühafizə orqanları arasında əməkdaşlığa toxunaraq xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycanla mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA