Prokurorluq işçiləri Nardarana səfərbər olunur - RƏSMİ

img

26-11-2015 [16:13]


Bakının Sabunçu rayon, Nardaran qəsəbəsində baş verən atışma ilə bağlı bütün rayon prokurorluğunun əməkdaşları hadisə yerinə səfərbər olub.

Bu barədə Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürova açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra baş verən atışma və hadisənin nəticələri, səbəbkarlar barədə məlumat veriləcək.

Xatırladaq ki, təxminən bir saat bundan əvvəl Nardalan qəsəbəsində atışma baş verib. Kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, silahlı insident nəticəsində ölən və yaralananlar var. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.

O da bildirilir ki, atışma Taleh Bağırzadə saxlanarkən olub. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib. İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirilir.

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

Baku.ws

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA