Baş Prokurorluq Nardarandakı insdentlə bağlı araşdırma aparır

img

26-11-2015 [16:00]


Baş Prokurorluq Nardaranda polis və bir qrup dindar arasında yaşanan insidentlə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat zamanı "Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və bir neçə tərəfdarının həbs edildiyi bildirilir.

Silahlı insident zamanı ölən və yaralananların da olduğu istisna edilmir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA