26-11-2015 [14:48]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
Mia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə nazirliyin aidiyyəti struktur bölmələrinin, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əldə olunan makroiqtisadi sabitlik və dinamik inkişafın sosial rifah göstəricilərinin də artması ilə müşayiət olunduğunu vurğulayıb.
Nazir bildirib ki, nazirliyin qarşısında duran əsas vəzifə ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməkdir: "Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də vardır. Təkcə cari ilin 9 ayında bu yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb”.
Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub.
Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi