Rusiya və İrəvana mesaj, yoxsa... - Türk nazirin qəfil Bakı səfərinin sirri

img

26-11-2015 [12:52]


Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıya səfər edəcək.

Mia.az-ın məlumatına görə, səfərlə bağlı fikirlərini bölüşən tanınmış politoloq Elxan Şahinoğlu deyir ki, Türk nazirin qəfil Bakı səfərinin bu günə təsadüf etməsi səbəbsiz deyil:

"Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir. Qətiyyət o demək deyil ki, Azərbaycan XİN təyyarənin vurulmasında Türkiyəni mövqeyini müdafiə edən bəyanat yaysın. Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda, bu rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar.

Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla Rusiya diplomatiyasının və hərbi maşının Azərbaycana qarşı istifadəyə həvəsləndirəcək. Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA