MTN-nin qadın generalı haqda məhkəmə qərarı

img

26-11-2015 [11:50]


Dünən Baş Prokurorluğun yaydığı məlumatda Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinə görə nazirliyin 19 vəzifəli əməkdaşının həbs edildiyi bildirilirdi. Bundan başqa MTN-in yüksək vəzifə tutmuş 1 əməkdaşı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Mia.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən şəxs MTN-nin Əməliyyat Texniki idarəsinin keçmiş rəisi, Azərbaycanın yeganə qadın generalı olan Natavan Mürvətovadır.

Qeyd edək ki, MTN işi ilə əlaqədar nazirliyin istintaqdan yayınan 1 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA