İctimai Şuranın üzvü Ramil Usubova yazdı - Şikayət

img

26-11-2015 [11:28]


"Bu fotodakı avtomobilin sahibinin kimliyini bilmirəm. Ancaq deyilənə görə, Şəkinin məhkəmə işçisidir. Biz vətəndaşlar bilmək istərdik, görək Konstitisiyamızın 25-ci maddəsi məhkəmə işçilərinə şamil deyilmi?

Əgər şamildirsə, bəs nə üçün bu adam Şəki şəhəri 20 yanvar küçəsi 56/8 ünvanda, Şəki MRX-nın sabiq müavini Nagdalı Balaşovun mənzilində müqavilə bağlamadan, dövlət vergisini ödəmədən, kirayədə qaldığı gündən avtomobiliylə biz 50 ailənin təhlükəsiz gediş-gəliş yolunu bağladığı halda, həmin maşını oradan götürdən bir orqan tapılmır?".

Bu sözləri Mia.az vasitəsiylə Prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciətdə Şəki şəhəri, 20 yanvar küçəsi 56, mənzil 31-də yaşayan Ağayev Əlosət Ağa oğlu yazıb.

O bildirib ki, 1982-ci ildən könulluluk əsasında polislə əməkdaşlıq edən İctimai Şuranın üzvüdür:

"28 may 2015-ci il tarixdən isə möhtərəm prezidentimizin "İctimai Nəzarət" çağırışına qoşulanlardan birinci adam kimi, Qanunların Aliliyi əsasında öz ictmai fəaliyyətimi davam etdirirəm. 2015-ci ilin sentyabr ayında Şəkidə, sizin vətəndaşlara qəbul keçirdiyiniz ərəfədə, mənim səhhətində ciddi problem əmələ gəldiyindən sizinlə görüşə bilmədim.

Mia.az saytında DİN-də keçirilmiş Kollegiya materialları ilə tanış oldum.

Uzun illərdir ki, mənim arzuladığım məsələyə siz toxunaraq, vətəndaşların elektron müraciətinə xüsusi yer verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Çox təəsüflər olsun ki, Şəkidə biz vətəndaşlar hələ də, müasir texnologiyanın imkanlarında istifadə edə bilmirik.

Bu gün belə xidmət yalnız Şəki şəhər İcra hakimiyyətində, Şəki Rayon Prokurorluğunda və Şəki Məkəzi Rayon Xəstəxanasında mövcuddur.

Qalan idarələr də, o cümlədən Şəki RPŞ-də və DYP idarəsində köhnə üsul davam edir.

Mən bir İctimai Şura üzvü kimi, gün ərzində 10-larla ictimai qayda pozuntuları ilə üzləşirəm. İstər sahə plisinə, istərsə də, DYP əməkdaşlarına bu haqda məlumat verdikdə, onlar cavab verirlər ki, rəisin adına ərizə yazın. Bu isə bizə əlavə problemlər yaradır. Birincisi məktubun xərci. İkincisi hər müraciət edəndən sonra, məni 63 yaşlı adamı telefonla qəbuluna dəvət edən polis içisi yerində olmursa, saatlarla ayaq üstə yolda gözləməyə mənim səhhətim imkan vermir. Əgər dövlət mənə etibar edib, bu səlahiyyətləri veribsə, mən nə üçün izahat yazmalıyam? Özü də kimlərinsə diktəsi altında. Üçüncüsü də, hüququ çəhətdən mənim yazdığım məlumatım kimisə, məsuliyyətə cəlb etməyə əsas vermir.

Məlumatla yanaşı, hadisəni təsvir edən görüntü, səs və s. əlavə olunmalıdır. Məhz e-mail poçtla yazılı məlumatı, foto və video görüntüləri, həm də audio səsləri də göndərmək mümkündür.

Belə imkan olmadığından biz normal fəaliyyət göstərməkdə çətinlik çəkirik.

Son üzləşdiyim qanun pozuntusu halları:

1) 25.10.25 il, saat 12:50-də, mən işıqforun yaşıl işığında piyada xətti ilə yolu keçən zaman aşağıdan 90-ZE-045 ağ rəngli inomarkalı minik maşını yüksək surətlə "Səbuhi" Mehmanxanası qarşısında qırmızı işığa məhəl qoymadan təhlükəli dönmə edib, Xan Sarayı istiqamətinə hərəkət etdi.

Elektron poçt olmadığına görə mən öz hesabıma, mobil telefonumla məlumatı 024244250 telefonu ilə məlumat verməli oldum.

2) Artıq 10 gündür ki, mənim yuxarıda qeyd etdiyim ünvanda, 50 ailənin gündəlik hərəkət etdiyiniz, təlükəsiz gediş-gəliş yolumuzda ağ rəngli, az 50-BZ-627 dövlət nömrə nişanlı, NİVA markalı avtomobil saxladığına görə biz təhlükəli yolla hərəkət etməyə məcburuq. Təhlükəli ona görədir ki, Şəkidə əksər sürücülər dönməni yolun solundan dönmək əvəzinə sağından dönürlər.

Bütün bu cür pozuntular barəsində dəfələrlə Şəki RPŞ-nə və Şəki şəhər İH-nə rəsmi müraciətlər etmişəm.

Cənab Nazir!

Mən bu məlumatları sizə şikayət kimi yox, bir əməkdaş kimi, çatdırmağı özümə borc bildim.

Azərbaycanda "İctimai Nəzarəti" sərbəst həyata keçirmək məqsədilə Şəki RPŞ-də və DYP İdarəsində təcili olaraq e-mail ünvanın yaradılması və bu ünvanı mətbuat və televiziya vasitəsilə əhaliyə çatdırılması istiqamətində audiyyati adamlara müvafuq tapşırıq verməyinizi xahiş edirəm".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA