Prezident İlham Əliyev Belarusa gedir

img

25-11-2015 [19:12]



Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-28-də Belarusa səfər edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Belarus lideri Aleksandr Lukaşenko və Azərbaycanın dövlət başçısı İlham Əliyevin təkbətək və geniş tərkibdə görüşü, bir sıra beynəlxalq müqavilələrin imzalanması nəzərdə tutulub”.

Məlumatda bildirilir ki, İlham Əliyev Minskdə Qələbə parkına əklil qoyacaq və Belarus Dövlət Böyük Vətən Müharibəsi muzeyini ziyarət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA