Prezident sabiq nazir daxil olmaqla, diplomatları vəzifədən azad etdi - SİYAHI

img

25-11-2015 [19:00]


Prezident İlham Əliyev bu gün Həsən Zeynalovu Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırmaqla yanaşı, daha 5 diplomat haqda sərəncamlar verib.

Mia.az xəbər verir ki, sərəncamlara əsasən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ölkəmizin Estoniyadakı səfiri,  Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasındakı, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri, Zakir Həşimov Azərbaycanın Qazaxıstandakı səfiri, Rəşad Məmmədov Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu, Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA