Aparat rəhbəri vəzifədən çıxarıldı - Dövlət Komitəsində dəyişiklik

img

25-11-2015 [14:49]


Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin fəaliyyətinə xitam verilib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, "Dövlət qulluğu haqqında” qanunun 33-cü maddəsinə əsasən, qanunverici orqana millət vəkili seçilən dövlət qulluqçusunun işinə dərhal xitam verilir və həmin şəxs Mlli Məclisdə millət vəkili kimi fəaliyyətinə başlayır.

E. Quliyev noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilib. Konstitusiya Məhkəməsi dünən Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib.

F. Talıblı bildirib ki, "Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən dünən Dövlət Komitəsində Elçin Quliyevin fəaliyyətinə xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA