İltimas Məmmədov vəzifəsinin itirdi - Rabitədə ciddi kadr dəyişiklikləri

img

25-11-2015 [13:15]


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov vəzifəsini itirib. 

Mia.az-ın məlumatına görə, artıq onun postuna yeni şəxs təyin edilib.

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib. 

Xatırladaq ki, İltimas Məmmədov 2014-cü il 25 ilyul tarixində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdi.

raminq.jpg

Ramin Quluzadə


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA