Rabitə Nazirliyində birinci müavin təyinatı - Foto

img

25-11-2015 [11:34]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə gətiriləcək yeni nazir bəlli olub. 

Mia.az xəbər verir ki, bu barədə unikal.org-a etibarlı mənbə məlumat verib. Bildirilib ki, saat 12.00-a iclas çağırılıb. Toplantıda Ramin Quluzadə kollektivə tədim olunacaq. Onun hələlik nazir əvəzi, qısa müddətdən sonra isə nazir təyin olacağı gözlənilir.

Məlumatlı şəxs onu da deyib ki, R.Quluzadə Maliyyə naziri Samir Şərifovun yaxın adamıdır.

Nazir müşaviri M.Əmirov unikal.org-a saat 12.00-a toplantı çağırıldığını təsdiq edib.


**** 


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.


Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.(Trend)





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA