25-11-2015 [10:31]
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi üzvləri özbaşına deputatlığa namizədliklərini irəli sürdü. Həmin ərəfədə hakim partiyadan bununla bağlı ölçü götürüləcəyi bildirilmişdi.
Lakin seçkilər bitsə də, məsələ ilə bağlı partiyanın mövqeyi ictimaiyyətə açıqlanmayıb.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn PaşayevModern.az-a açıqlamasında artıq özbaşına namizədliklərini irəli sürmüş şəxslər barədə ölçü götürüldüyünü deyib.
"Yeni Azərbaycan Partiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, partiyanın mövqeyi olmadan sərbəstşəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcək. Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü. Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi. Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq, partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək”.
Hüseyn Paşayevin sözlərinə görə, həmin şəxslərə qarşı müxtəlif cəza növü tətbiq edilib.
"Bu, partiya sıralarından xaricolma da ola bilər, töhmət də. Digər cəza növü ilə də əvəzlənə bilər. Artıq bu addımlar atılıb. Rayon təşkilatlarında deputatlığa namizədliyini vermiş həmin şəxslərin məsələsinə baxılıb”.
Hakim partiyanın sözçüsü əməkdar artist Elza Seyidcahanın partiyadan kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib.
"Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb. Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi