Moskva hədələdi: Türkiyə sərhəddinə C-300 çıxarılır - “Bizə mane olan hədəfi məhv edəcəyik”

img

25-11-2015 [10:10]


"Bundan sonra bizə təhlükə yaradan bütün potensial hədəflər məhv ediləcək”.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir ki, bu barədə Rusiya ordusunun baş qərargahının baş idarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.

"Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçirləcək. Həmçinin hava hucumuna qarşı müdafiə sistemi gücləndiriləcək. Bu məqsədlə C-300 –ün analoqu olan HHM sistemi ilə təchiz olunmuş "Moskva” kreyseri Latakiya sahillərinə çıxarılır. Xəbərdarlıq edirik, bizə təhlükə yaradan bütün hədəflər məhv ediləcək”,- deyə Rudskoy bildirib(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA