24-11-2015 [20:15]
Bu gün Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) İcraiyyə Şurasının 36-cı iclası işini başa vurub.
Mədəniyyət və Turizm Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, "JW Marriott Absheron” otelində gerçəkləşən ikigünlük iclasın yekun hesabatı qəbul olunub.
Bağlanış mərasimində çıxış edən İSESKO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə İcraiyyə Şurasının 36-cı iclasının işini yüksək qiymətləndirdi. Tədbirin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. Bəşəriyyətin inkişafında dünya birliyi ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğuladı.
İSESKO İcraiyyə Şurasının sədri qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanda olmaqdan qürur duyduğunu diqqətə çatdırdı. O, İcraiyyə Şurasının 36-cı iclasının yüksək səviyyədə keçirilməsinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil, mədəni əməkdaşlıq, bu sahələrdə ölkələrimizin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını bildirdi: "İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına daima öz dəstəyini göstərir. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsindən sonra daha da uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyədədir”.
Əbülfəs Qarayev vurğuladı ki, İSESKO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm bir imkandır. O, qonaqlara ölkəmizin mədəniyyəti, tarixi və müasir inkişafını təqdim etmək məqsədilə mədəni proqramın təşkil olunduğunu, iştirakçıların muzeylər, teatrlar, həmçinin Heydər Əliyev Mərkəzi və Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanış olacaqlarını diqqətə çatdırdı.
Nazir Bakıda İSESKO-nun 12-ci Baş Konfransının da yüksək səviyyədə keçirilməsi üçün böyü hazırlıq işlərinin görüldüyünü dedi. İclasa qatılan hər bir qonağa minnətdarlığını bildirən Əbülfəs Qarayev hər kəsin Azərbaycanda özünü öz vətənindəki kimi rahat hiss etdiyinə ümidvar olduğunu vurğuladı.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirdi. Qeyd etdi ki, İSESKO Baş Konfransının Azərbaycanda təşkil olunması təşkilatla gözəl əməkdaşlığın göstəricisidir: "İcraiyyə Şurasının iclası üç illik fəaliyyətin yekunu və 2016-2018-ci illər üçün yeni tədbirlər planın hazırlanmasına öz töhfələrini verdi. Biz artıq yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib öz ölkələrimizin inkişafına nail olmalıyıq”.
İclasın yüksək səviyyədə keçdiyini vurğulayan baş direktor Azərbaycan xalqına və hökumətinə minnətdarlığını ifadə etdi.
Qeyd edək ki, İSESKO-nun Bakıda keçirilən İcraiyyə Şurasının iclasına və Baş Konfransa 59 ölkədən nümayəndə qatılıb. Qurumun 12-ci Baş Konfransı isə noyabrın 26-da işə başlayacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi