24-11-2015 [19:05]
Son hadisəni Meydan TV-yə şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması bölgədə yeni situasiya yaradır: "Türkiyə ən azı iki dəfə Moskvanı xəbərdar etmişdi ki, Rusiya təyyarələri sərhədə yaxınlaşmasınlar. Çünki iki dəfə sərhəd pozuntusu qeydə alınmışdı. Bəlli idi ki, Moskva üçüncü dəfə də Ankaranın xəbərdarlığını qulaqardına vursa, Rusiya təyyarəsi vurulacaq. Rusiya təyyarələri son zamanlar Suriyada İŞİD mövqeləri ilə yanaşı türkmənlərin yaşadığı bölgələri də bombalayır və həlak olanların sayı artırdı. Türkmənlər isə Türkiyə siyasi dairələri və cəmiyyəti üçün həssas mövzudur. Buna görə də Rusiyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona xəbərdarlıq edildi. Demək, Moskva bu xəbərdarlığa da məhəl qoymadı. Vurulan Rusiya təyyarəsi Türkiyə sərhədini keçməyibsə belə, türkmən ərazilərin üstündən uçurdu və demək yenidən türkmən mövqelərin bombardman edilməsi təhlükəsi var idi. Ona görə də Ankara bu dəfə düyməyə basdı".
Siyasi şərhçi hesab edir ki, iki ölkə arsında münasibətlər soyuyacaq: "Rusiyanın bundan sonrakı cavabı maraqlıdır. Aydındır ki, Kreml Türkiyəyə müharibə elan edəsi deyil. Ancaq münasibətlər müəyyən müddətə soyuyacaq. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün sonra Ankaraya səfər etməli idi. Yəqin ki, bu səfər təxirə salınacaq. Yaxud Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan dekabrın 15-də Rusiyaya səfər edib, rusiyalı həmkarı Vladimir Putinlə iqtisadi-ticari və enerji əməkdaşlığını müzakirə etməli idi. Bu səfər də müəyyən müddətə təxirə salına bilər".
Elxan Şhinoğlu deyir ki, Suriya müharibəsi başlayana qədər Rusiya-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edirdi. Ancaq Suriyadakı vəziyyət iki ölkə arasındakı maraqların kəsşiməsinə gətirib çıxarıb və bu müharibə bitməyənə qədər Rusiya-Türkiyə münasibətlərində gərginlik ocağı qalacaq: "Hər halda iki tərəf soyuq məntiqdən çıxış edərək münasibətlərini Suriyadakı müharibəyə və Bəşər Əsədə görə gərginləşdirməkdən çəkinməlidirlər. Çünki iki dövləti ən azı böyük regional enerji layihələri birləşdirir və bu layihələrin işləməsi hər iki dövlət üçün vacibdir. Buna baxmayaraq, Ankara Kremlin bölgədəki artan hərbi fəallığına da göz yuman deyil. Rusiya Avrasiya bölgəsinin Amerikası olmaq istəyir. Buna isə nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də elə ABŞ imkan verər".
Siyasi şərhçinin fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanı da çətin seçimə sürükləyir: "Rəsmi Bakı hələ ki, passiv mövqe tutub. Ancaq bir məqamda "Sən kiminləsən” sualı ciddiləşə bilər. Məsələn, Qazaxıstan və Türkmənistan Rusiyanın Xəzərdən Suriyanı bombalamasına narahatlıqla yanaşıblar. Bunu Türkmənistan prezidenti rusiyalı həmkarına Tehranda açıq bildirdi. Ancaq Azərbaycan rəsmiləri bu məsələyə münasibət bildirmək istəmirlər".
"Bu arada, Rusiya mediası anti-Türkiyə və anti-türk təbliğatına start verib. "Türkiyənin Moskvadakı səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır" kimi təxribatçı fikirlər yayır, sanki rus millətçilərinə ünvan göstərirlər. Bu fonda "Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılması məqsədilə İrəvana təsir edəcək" dezinformasiyaları lap yersiz görünür. Kreml bunu kimin üçün edəcək, Türkiyənin bölgədəki hərbi-suyasi müttəfiqi - Azərbaycan üçün bunu niyə etsin ki?" - deyə şərhçi fikrini yekunlaşdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi