“Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir” - İlham Əliyev

img

24-11-2015 [18:35]


Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir.

Bunu bu gün V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: "Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir.

Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. 

Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər.

Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.

Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir: "Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA