24-11-2015 [13:20]
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylar Rabitə və Yksək Texnologiyalar Nazirliyinə də sirayət edərək, bu qurumda da ciddi dəyişikliklərə və həbslərə yol açdı. Hətta nazir Əli Abbasov da vəzifəsini itirdi.Hazırda bu qurumda nazir vəzifəsini onun müavini İltimas Məmmədov icra edir.
Ancaq hazırda boş qalan rabitə və yüksək texnologiyalar naziri postu uğrunda hakimiyyətdəki qruplaşmalar arasında ciddi mübarizənin başladığı bildirilir.
«Reytinq» qəzetinin yazdığına görə, artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəhbər gətiriləcək şəxslə bağlı müəyyən işlər görülür. Ciddi mənbələrdən biri "Reytinq”ə deyib ki, yeni nazir kənardan gətirilməyə bilər və budəfəki təyinat bu sahə üzrə peşəkarlaşmış şəxs üzərində də aparıla bilər.
Məlumatda bildirilir ki, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevin nazir postuna gətirilməsi üçün müəyyən işlər aparılır. Hətta onun təqdimatının yuxarı dairələrə verildiyi iddia edilir: "İlginc məqam odur ki, Rəşad Nəbiyevin namizədliyi maliyyə naziri Samir Şərifov tərəfindən müdafiə olunur. Belə demək mümkündürsə, hazırda Samir Şərifov onun lobbiçiliyini aparır və yuxarılara müəyyən mənada təminat da verir”.

Rəşad Nəbiyev
Qeyd edilir ki, Samir Şərifovla Rəşad Nəbiyevin münasibətləri xeyli müddət əvvəldən yaranıb. R.Nəbiyev 2004-2011-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.Həmin dövrdə nazir Əli Abbasov onu maliyyə naziri ilə tanış edib. Yəni, Samir Şərifovla Rəşad Nəbiyevin münasibətləri uzun müddətdir var və maliyyə naziri onun nazir gətirilməsində maraqlıdır.
Rəşad Nəbiyevin kimliyinə gəlincə, qəzet onun tərcümeyi-halına qısaca nəzər salmağı da unutmayıb:
"Rəşad Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 2011-ciil 24 yanvar tarixli Sərəncamı ilə "Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib. O, "Azərkosmos” ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ciillərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazarə məliyyatları departamentində, 1997-2000-ciillərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. 1994-2000-ciillərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarə etməsiixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000-2002-cii llərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib”.
Qəzet iddia edir ki, ümumi götürəndə gənc də olsa, R.Nəbiyevin fəaliyyət tərixçəsi onun nazir postuna gətirilməsi üçün problemli görünmür. Bununla yanaşı, onun adının korrupsiya və digər neqativ məsələlərdə hallanmaması da müəyyən dividentlər vəd edir. Amma Rəşad Nəbiyevin əleyhinə işləyə biləcək məqamlar da var.
«Reytinq» bilgiləndirən şəxsin sözlərinə görə, Rəşad Nəbiyev tanınmış ailənin nümayəndəsidir:
"Rəşad Nəbiyev əslən Qubadlı rayonundan olan və Sumqayıtdakı Qubadlı klanının ağsaqqalı hesab edilən Nəbi Nəbiyevin oğludur. Eyni zamanda, R.Nəbiyev Sumqayıtın məşhur simalarından olan "Çörək Tofiq” kimi tanınan iş adamı Tofiq Hüseynovun kürəkənidir. Bir vaxtlar yuxarılar tərəfindən sıcaq yanaşılan bu iki şəxs artıq «siyahıdan çıxarılan» adamlardan sayılırlar. Çünki hələ illər öncə Nəbi Nəbiyev Sumqayıt Şəhər Qaz İstismar İdarəsinin rəhbərliyindən çıxarıldı, Tofiq Hüseynlini isə növbəti dəfə parlamentə buraxmadılar. Təbii ki, bütün bunlar səbəbsiz deyildi.
Müəyyən yanlış hərəkətləri qudalara «qırmızı işıq» yandırılmasına səbəb oldu. Yəni, Rəşad Nəbiyev təmsil etdiyi ailənin nüfuzlu vaxtlarında nazirlikdə şöbə müdiri olmağa müvəffəq olmuşdu. Ancaq sonradan öz əlaqələrini genişləndirərək həm vəzifəsini qorumağı bacardı, həm də karyerasında yüksəlişə nail oldu. Onun "Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin olunmasında Əli Abbasovun böyük dəstəyi olub”.
Onu da nəzərə çatdırılır ki, Rəşad Nəbiyev hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun kadrı hesab olunurmuş: "O, Əli Abbasovla Vidadi Zeynalovun "çətiri altında” olub. Maliyyə naziri Samir Şərifovla münasibətlərinin yaxın olması isə ona əlavə dividentlər verib. Amma artıq Əli Abbasov «vurulmuş» kadrdır, Vidadi Zeynalov isə hakimiyyətin yuxarı dairələrinin kəskin münasibət bəsləyərək həbs etdiyi şəxsdir. Bu isə Rəşad Nəbiyevin karyerasına kölgə salacaq məqamlardan biridir...».
Sonda qəzetimizi məlumatlandıran şəxs vurğulayıb ki, S.Şərifov R.Nəbiyevin kimlərə yaxın olduğunu bilsə də, ona dəstək verməkdə davam edir. Yəni, rabitədəki dəstəkçilər hakimiyyətin gözündən düşsə də, Samir Şərimovun nüfuzu R.Nəbiyevə daha yuxarı vəzifə pilləsinə çıxmağa yardımçı olar bilər. Lakin R.Nəbiyevin nazir postunu əngəlləyəcək başqa məqamların olduğu da verilən məlumatlar sırasındadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi