24-11-2015 [11:54]
"Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri, Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar olduğu gündəlik qayğılardan, problemlərdən, dövlətin rastlaşdığı gərgin vəziyyətdən çıxış edərək, bir qrup qabaqcıl ziyalının müraciətinə cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiya, həqiqətən, Azərbaycanın o dövrdəki siyasi çətinliklərindən irəli gələrək yaradıldı və qısa müddət ərzində ümummilli partiyaya çevrildi”.
Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, həmin dövrdə Azərbaycanda partiyaların təsnifatı sağçılar, solçular, kommunistlər, müəyyən qədər daha çox fərqli insan təbəqəsini, qruplarını təmsil edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və qısa müddət ərzində təşkilatlanaraq, bütün xalqın partiyası statusunu aldı. Təxminən yarandığı noyabr ayından iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istəyilə meydana çıxan ziyalılar onun təsis konfranslarını keçirdilər.
Onun sözlərinə görə, baş verən hadisələrin fonunda Heydər Əliyevin odövrkü hakimiyyət tərəfindən Bakıya dəvət olunmasına, xalqın tələbilə yenidən parlamentə Sədr, qısa vaxtdan sonra Prezident seçilməsinə qədər artıq Yeni Azərbaycan Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı, formalaşmışdı və bitkin siyasi təşkilata çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi ki, YAP Azərbaycanın taleyini çiyinlərinə götürməyə, onun idarəçiliyini əlinə almağa və dövləti, xalqı həmin böhranlı vəziyyətdən çıxarmağa qadir partiyaya çevrilmişdi.
"Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsindən sonra Azərbaycanın gənclik mühitində ciddi bir canlanma müşahidə olunmağa başladı. Əlbəttə ki, Heydər Əliyev dövlətin xilası, qurulması və inkişafı mərhələsində əvəzedilməz siyasətçi idi. Azərbaycan dövlətçiliyinin yeni dövründə isə, yəni 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev dövlət rəhbəri kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi. Həqiqətən də, çəkinmədən demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində bütün parametrlər üzrə yeni mərhələ başladı. Bu, bir faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan demokratik inkişafını şərtləndirir, insanların hüquq və azadlıqlarının bütün spektrlərini təmin edir, ölkənin bazar iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə inteqrasiya xəttini təlqin edir, dövlətimizin bölgənin və dünyanın əsas inkişaf etmiş, sülhvevər ölkələrilə birgəyaşayış normalarına əsaslanan siyasətinin həyata keçirilməsini təşkil edir. Əlbəttə ki, YAP bütün bu proseslərin əsasında dayanırdı. Məhz Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirirdi. Bu gün isə Prezident İlham Əliyev YAP-a söykənərək real siyasət həyata keçirməkdədir. Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir, gələcəkdə də xalıqımızın bütün ehtiyaclarına, istək və arzularına cavab verə bilən partiya kimi qalacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi