Rus TU 22M-3 qırıcıları Azərbaycan səmasında əməliyyatda! - Rusiyanın 1-ci kanalından VİDEO

img

23-11-2015 [23:35]


Rusiyanın İŞİD-ə qarşı apardığı hərbi əməliyyat çərçivəsində bu ölkəyə məxsus qırıcılar Azərbaycan üzərindən uçur.

Mia.az ANS-ə istinadən bildirir ki, bu haqda Rusiyanın Birinci kanalının həftəlik "Voskresnoe vremya" verilişində nümayiş olunan sujetdə deyilir. Məlumata görə əməliyyatlarda TU 22M-3 hərbi qırıcıları istifadə olunur: "TU 22M-3 Mozdokda havaya qalxıb. Türkiyədən yan keçərək Azərbaycan, İran və İraq üzərindən uçaraq Suriyanı bombalayıblar. Strateji aviasiya isə Engelsdəki aerodromdan havaya qalxıb".

Süjetdə birinci kanalın müxbiri onu da qeyd edir ki, TU-160 və TU 95 qırıcıları əvvəlcə Qazaxıstan, daha sonra Xəzər dənizi üzərindən uçuş həyata keçiriblər: "Qanadlı raketlərin buraxılışı isə İran ərazisi üzərindən həyata keçirilib. TU 22M-3-ün maksimal sürəti saatda 270 km-ə çatır. Raketdaşıyıcı 24 ton silah sursat daşımaq imkanına malikdir.

"İntiqam" adı altında keçirilən hərbi əməliyyat Rusiyaya məxsus təyyarənin İŞİD tərəfindən vurulması faktı öz təsdiqini tapdıqdan sonra başlayıb".

Bu Rusiya hərbi hava qüvvələrinin Azərbaycan üzərindən İŞİD-in Suriyadaki mövgelərini bombaladığı haqda ilk məlumat deyil.

Azərbaycan tərəfi isə ölkənin hava məkanından hərbi məqsədlərlə istifadəsinə dair hələlik heç bir rəsmi açıqlama verməyib.


Birinci kanalda nümayiş etdirilən süjet

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA