Məhkəmə qərarı olmadan bank özünü yandıran şəxsin maşınını necə müsadirə edib?

img

23-11-2015 [17:43]


Bu gün "Muğanbank”ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb. 

Mia.az xəbər verir ki, A. Hüseynova "Qafqazinfo-ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə "Hyundai” markalı maşın götürüb: "Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam”.

Xanımının sözlərinə görə, maşın "Muğanbank"ın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib.

Qeyd edək ki, hazırda Malik Hüseynovun vəziyyəti orta ağırdır.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA